9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Millimizin üzvləri karantin günlərini necə keçirirlər?

MAHMUDOV KİTAB OXUYUR, ŞEYDAYEV "CENTLMENLƏR"Ə BAXIR, BALAYEV İSƏ İMMUN SİSTEMİNİ GÜCLƏNDİRİR

Milli komandamızın bəzi üzvləri karantin günlərini necə keçirdikləri ilə bağlı danışıblar.

Futbolxeber.az saytının AFFA-nın rəsmi Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, yığmamızın yarımmüdafiəçisi Emin Mahmudov vaxtını daha çox uşaqları ilə keçirdiyini söyləyib: "Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram".

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev karantin günlərini necə keçirdiyi ilə bağlı bunları bildirib: "Karantinin əsas üstünlüyü ailəmə daha çox vaxt ayırmağımdır - uşaqlarımla oynaya bilirəm".

Komandamızın digər qapıçısı Emil Balayev isə qida rasionuna xüsusi diqqət yetirdiyini vurğulayıb: "İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm, çalışıram bol vitaminli meyvələrə üstünlük verim".

Millimizin hücumçusu Ramil Şeydayev də əsasən idman etdiyini, formasını qorumağa çalışdığını deyib: "Filmlər də izləyirəm. "Centlmenlər"ə baxmağı hamıya tövsiyə edirəm".

Digər hücumçumuz Renat Dadaşov isə bildirib ki, karantin günlərində məşq edir və ev işlərinin görülməsinə köməklik göstərir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30