29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ”də 8, Doroşevdə 3 dəfə

Azərbaycan Premyer Liqasının cari mövsümündə “Qəbələ”nin qapısına üç penalti təyin olunub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Anar Nəzirov iki, Tərlan Əhmədli isə bir belə zərbədən sonra qapısından qol buraxıb.

Ümumilikdə, “qırmızı-qaralar” tarixində 52 dəfə komandanın qapısına 11 metrlik cərimə zərbəsi vurulub. Bunlardan 44-ü qolla nəticələnib. Zərbələrin 15 faizi, yəni səkkizi qolla nəticələnməyib.

Bu göstəricidə Pavel Doroşev rekordçudur. Onun qoruduğu “çərçivə”yə təyin edilən 9 penaltidən üçü qolla başa çatmayıb. Kamran Ağayevin aktivində iki belə zərbə var. Daha üç qapıçı penaltinin qola çevrilməməsinin sevincini yaşayıb. Bunlar Dmitri Bezotosnı, Dieqo Kosta və Xəyal Zeynalovdur.

Qeyd edək ki, 11 qolkiperin qoruduğu qapıya penalti təyin olunub.

“Qəbələ”nin qapıçılarının penalti göstəriciləri

1. Pavel Doroşev - 9 penalti (3-ü qolla nəticələnməyib)

2. Kamran Ağayev - 7 (2)

3-5. Dmitri Bezotosnı - 15 (1)

Dieqo Kosta - 3 (1)

Xəyal Zeynalov - 2 (1)

6-11. Anar Nəzirov - 6

Elnar Kərimov - 4

Zurab Mamaladze - 2

David Pietrzkeviç - 2

Aqil Məmmədov - 1

Tərlan Əhmədli - 1

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31