9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Zirə”nin legioneri: “Fransada vəziyyət Azərbaycandan 20 dəfə pisdi”

"Futbolsuz dövr futbolçu üçün çətindi. Sevimli məşğuliyyətimiz üçün çox darıxıram".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri sport24.az-a açıqlamasında "Zirə"nin fransalı legioneri Şafik Tiqrudja bildirib.

Yarımmüdafiəçi Bakıda karantin günlərini ailəsiylə keçirdiyi söyləyib: "Yaxşı formada qalmaq üçün hər gün evdə məşqlər edirəm Çempionatın bərpa olunacağına inanıram. Məncə, UEFA çempionatları bərpa edəcək və oyunlara davam edəcəyik. Çempionat bərpa olunmasa və hazırki vəziyyətdə bitərsə, buna çox məyus olaram".

Şafik vətənində bu virusla bağlı vəziyyət haqda da danışıb: "Fransada vəziyyət Azərbaycandan 20 dəfə pisdi. Artıq 12 min ölüm var. Hər gün valideynlərimlə, dostumla danışıram. Çox şükür ki, bugünə kimi onlardan heç kim bu virusa yoluxmayıb".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30