29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Keşlə” aztəminatlı ailələrə yardım etdi

"Keşlə" klubu Nərimanov və Nizami rayon İcra Hakimiyyətləri ilə birlikdə "Siz evdə qalın, biz sizə gələk" adlı kampaniya keçirib.

Futbolxeber.az saytının klubun rəsmi Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, aprelin 9-da Nərimanov və Nizami rayonları ərazisində yaşayan 200 aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb.

Aksiyada klubun işçi heyəti, əsas komandanın məşqçilər korpusu və futbolçular iştirak ediblər.

Qeyd edək ki, “Keşlə”nin nümayəndələri görüş zamanı həmçinin, profilaktik tədbirlərin vacibliyini bildiriblər və vətəndaşlarımıza Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırıblar.

Göstərilən diqqətə görə aztəminatlı ailələrin üzvləri "Keşlə" klubuna minnətdarlıqlarını ifadə ediblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31