29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qəbələ" maaşımı azaltsa, anlayışla qarşılayaram"

"Hazırkı vəziyyət klublar üçün asan deyil. Bu səbəbdən, maaşlar azaldılsa, anlayışla qarşılayaram".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Fernan Lopes koronavirus pandemiyasına görə bəzi klubların oyunçuların məvaciblərini azaltmasına münasibət bildirərkən deyib.

İspaniyalı yarımmüdafiəçi klubunun belə bir addım atmayacağına inandığını vurğulayıb: "Bilirəm ki, "Qəbələ" maaşımızı tam ödəmək üçün mümkün olan hər şeyi edəcək. Amma bunu etmək mümkün olmasa, klubu başa düşməli və dəstəkləməliyik"

"Qəbələ" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq 25 yaşlı futbolçu karyerasını Azərbaycanda davam etdmirməyin əleyhinə olmadığını da vurğulayıb: "Klub müqaviləmi daha bir il uzatmaq imkanına malikdir. İdman karyeramda hər şeyin ən yaxşısını arzulayıram. Bu, Azərbaycanda olacaqsa, qalacağam".

Lopes "Başqa təklifləriniz varmı" sualına isə belə cavab verib: "Bu işlərlə menecerim məşğul olur. Hazırda "Qəbələ"dən başqa heç bir komanda barədə düşünmürəm".

Qeyd edək ki, Fernan Lopes koronavirus pandemiyası ilə əlaqədar ailəsindən narahat olduğu üçün vətəni İspaniyaya yollanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31