8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Simurq" "İnter"lə oyuna hazırlıqları davam etdirir

Azərbaycan Premyer Liqasının V turunda "Şəfa" stadionunda "İnter"in qonağı olacaq "Simurq", hazırlıqları ara vermədən davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, "Bayıl Arena"da məşqə çıxan komanda son çalışmalarda əsasən taktiki təmrinlərə üstünlük verib. Baş məşqçi Georgi Çixradzenin yetirmələrinin dünənki məşqi isinmə hərəkətləri ilə başlayıb. Fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirildikdən sonra, taktiki çalışmalara keçilib. Məşqin əsas hissəsində gürcü mütəxəssis futbolçularına qısa və uzun ötürmələr, rəqibi əks hücumda tutmaqdan ibarət tapşırıqlarını verib. Sonra isə ikitərəflioyun və cinahlardan asmalar yerinə yetirilib. Tam heyətlə hazırlıqları davam etdirən "Simurq", sabah qarşılaşmanın oynanılacağı stadionda oyunöncəsi son məşqinə çıxacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30