9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qəbələ"nin legioneri: “Azərbaycanda virusa yoluxanlar çox deyil”

“Kanadada yaxşı mövsüm keçirdikdən sonra Azərbaycandan mənə zəng gəldi. İqnasio Errera və Nikolas Kanalesin meneceri məni bu ölkəyə gətirdi”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Rodriqo Qattas deyib.

29 yaşlı çilili hücumçu Azərbaycanda çıxış etməyin üstünlüklərindən söz açıb: “Bu, mənim üçün vacib addımdır. Çünki komandalar avrokuboklarda mübarizə aparır. Mövsümü birinci pillədə bitirən Çempionlar Liqasında çıxış edəcək”.

Hazırda Azərbaycanda olan forvard koronavirusa görə ölkədəki vəziyyətlə bağlı da danışıb: “1.5 ay əvvəl buraya gəldim, iki həftədir ki, futbol oynamırıq. Burada virusa yoluxanlar çox deyil, sadəcə tədbirlər görülür. Çəki almamaq üçün mən də tədbir görürəm. Adətən, insan evdə çox qalanda kökəlir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30