Ölkə futbolu
Futbolun özünə kömək edən lazımdı...
Hazırda bütün dünyada 1 nömrəli gündəm koronavirusdu. Çin özü pandemiyadan qurtulsa da, bütün dünya hələ də virusun əziyyətini çəkir. Günlər keçsə də, virusun qurbanlarının sayı azalmaq bilmir.
Ölkə rəhbərliyi vətəndaşlarımızın təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atsa da, virusun Azərbaycandan da yan keçmədiyi göz önündədi. Koronavirusun törətdiyi fəsadların təsirini azaltmaq üçün Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb ki, fiziki və hüquqi şəxslər yardım məqsədi ilə fonda müəyyən məbləğdə ianə edirlər.
Geridə qalan 10 gün ərzində az sayda olsa da, idman cameəsinin nümayəndələri də fonda müəyyən məbləğdə vəsait köçürüblər. Təbii ki, bu baxımdan ilk öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və Ağdam klubunun futbolçularının adları çəkilir. Qurbanov özü 20, futbolçuları isə 50 min manat məbləğində fonda ianə ediblər. Eləcə də “Neftçi”nin idman direktoru Ceyhun Sultanov fonda min manat məbləğində vəsait yatırıb.
Bu ianələrdən sonra AFFA və qurumun icraçı vitse-prezidenti Elxan Məmmədovun adı çəkilməyə başladı. Sosial şəbəkələrdə AFFA və Məmmədovun nə qədər ianə etməsi ilə bağlı suallar səslənməyə başladı. Hətta qurumu biganəlikdə qınayanlar da tapıldı. Lakin bu gün Futbolxeber.az saytının apardığı araşdırma nəticəsində məlum oldu ki, Elxan Məmmədov, eləcə də assosiasiyanın bəzi əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər. Lakin bunu ictimailəşdirməyi məqsədəuyğun hesab etməyiblər. Bu, məsələnin bir tərəfi.
Məsələnin digər tərəfi isə odur ki, AFFA-nın fonda ianə etməsi ümumiyyətlə düzgündürmü? Müəyyən vaxtlarda AFFA da xeyirxah əməllərindən qalmır. Körpələr, qocalar evləri ziyarət olunur, veteranların müxtəlif ehtiyacları qarşılanır və s. Bu baxımdan elə AFFA-nın bu yaxınlarda veteran futbolçu Səmədağa Şıxlarovun əməliyyat xərclərini qarşıladığını xatırlatmaq yerinə düşər.
Amma vəziyyətə real yanaşsaq, unutmaq olmaz ki, AFFA özü özünü dolandırmır. Assosiasiya sponsor gəlirləri hesabına dolanan təşkilatdı. Qurumun əsas sponsoru SOCAR-dı. Hazırda isə SOCAR-ın vəziyyətinin ideal olduğunu demək çətindir. Dünya bazarında neftin qiyməti günü gündən aşağı düşür. Bu vəziyyətin nə qədər davam edəcəyi məlum deyil. Kim təminat verə bilər ki, SOCAR neftin qiyməti bahalaşmayacağı təqdirdə, əvvəlki məbləği AFFA-ya ayıracaq? Şər deməsən, xeyir gəlməz, neftin qiyməti qalxmasa, bu gedişlə AFFA-nın özünə kömək edən lazım olacaq. Təkcə AFFA deyil, ölkəmizdə idmanla bağlı bir çox təşkilatlar özü özünü dolandıra bilmir. Elə bu səbəbdəndir ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edənlərin siyahısına baxdıqda idmanla bağlı yalnız 3 təşkilatın adına rast gəlirik: Azərbaycan Gənclər və İdman Nazirliyi (30 150 AZN), Azərbaycan Gimnastika Federasiyası (20 000 AZN) və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (10 000 AZN).
Futbolxeber.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”