8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Qurban Qurbanov: "Hakimdən başqa hamı dedi ki, qoldu"

“1 xal qazandıq. Xallarımızın üzərinə 1 xal da gəldi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sabah”la evdə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis rəqibin 90 dəqiqə müdafiə olunduğunu bildirib: "Belə rəqibə qarşı çoxlu qol epizodu yaratmaq çətindir. Amma xeyli sayda şansımız oldu. Futbolçular çox əziyyət çəkdilər, 90 dəqiqə ərzində oyun intizamını qorudular. Tam ideal oyunu göstərmək mümkün deyil. Bəzi səhvlərin olması normal haldır”.

Q.Qurbanov oyunun sonlarında sayılmayan qol epizodu barədə də danışıb: "Hakimdən başqa hamı dedi ki, təmiz qoldu. Hətta rəqib komandanın nümayəndələri də. Daha diqqətli olmalıdırlar. Bizim qapımız qarşısında da belə hal olsa, ədalətli qərar istəyərik. Son vaxtlar səhvlər daha çoxdur, hakimlər daha gərgindirlər. Gəncdirlər, daha diqqətli olmalıdırlar. Yəqin ki, bunun üzərində çalışırlar".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30