8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Biz məşqçiyik, hakim deyilik ki, qərarların doğruluğu haqda danışaq”

"Sabah”ın  baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Qarabağ"la qolsuz bərabərə qaldıqları oyundan sonra  mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.

- Hər iki komandanı təbrik edirəm. “Qarabağ” çox yaxşı kollektivdir. Futbolçularıma demişdim ki, 1-2 fürsətimiz olacaq. Şanslarımız oldu, amma istifadə edə bilmədik. Turnir cədvəlində 1-ci yerdə olan komandaya qarşı oynayanda gərək yaxşı qapıçın və bir az da uğurun olsun. Şans bu gün yanımızda idi.

- Zədəli Ruslan Abışovun durumu necədir?

- Mən bura gəlməzdən əvvəl onun zədəsi var idi. Əzələ zədəsi məşqlərdən sonra özünü daha da göstərməyə başladı. Türkiyədə bu, özünü yenidən büruzə verdi. Onda zədədən əlavə psixoloji narahatlıq da var. Biz istəyirik ki, yavaş-yavaş komandaya qoşulsun. Birdən-birə qoşulsa yenidən onu 2 aylıq itirə bilərik. Bunu istəmirik. Bütün oyunçular bizim üçün önəmlidir, eyni zamanda kapitanımız da.

- Nəticə ürəyinizcədir, bəs oyun sizi razı saldı?

- “Qarabağ”da Zubir, Romero kimi ekstra keyfiyyətə malik futbolçular var. “Zirə” kimi onlara qarşı açıq oynasaq, 0:6 hesablı məğlubiyyət qaçılmaz olardı. Bu gün futbolçularımız meydanda hər şeylərini qoydular. Qapıçımız real epizodda bizi xilas etdi. Şanslıyıq ki, Stamenkoviç kimi qapıçımız var. Digər tərəfdən, təbii ki, hər məşqçinin oyundan əvvəl düşüncələri olur. Matçdan öncə rəqib üçün də, bizim üçün də aydın olmayan məqamlar var idi.

- Sayılmayan qol barədə nə deyə bilərsiniz?

- Mən heç vaxt hakimlər haqda, situasiyalar barədə danışmıram. Biz məşqçiyik, hakim deyilik ki, qərarların doğruluğu haqda danışaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30