Ölkə futbolu
Oqtay Abdullayev: "Biznesə qoşulan futbolçuya nə kömək edək?"
Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayevin a müsahibəsi
- Bu gün FVİ-nin təşəbbüsü ilə veteranların görüşü keçirilb. Əvvəlcə yığıncaq barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Təşəbbüs bizdən - Veteranlar İttifaqından gəldi. Görüş ölkə futboluna dəstək üçün təşkil olunmuşdu.
- Bu görüşdən sonra veteranlar arasında buzların əridiyini söyləmək olarmı?
- Nə buz var idi ki, ərisin?
- Nazim Süleymanovun sədri olduğu Həmkarlar İttifaqı ilə sizin başçılıq etdiyiniz qurum arasındakı narazılığı nəzərdə tuturuq...
- Orada Həmkarlar İttifaqının məsələsinə baxılmırdı. Görüşdə müzakirə olunan əsas məsələlər veteranların futbol sahəsində işləməsi, onlara pul yardımının verilməsi idi. Yenə deyirəm, mənim Nazim müəllimlə heç vaxt ədavətim olmayıb. Veteran futbolçudur, dahi oyunçulardan biri olub. FVİ sədri olaraq, ora bütün veteranları dəvət etmişdim. Burada hər hansı ayrı-seçkilik ola bilməz. Məqsədim veteranları bir araya gətirmək idi. Ola bilər ki, kimsə kimdənsə incisin. Bunların hamısını aradan götürüb, birlikdə Azərbaycan futboluna dəstək olmalıyıq.
- Dediyiniz inciklik aradan götürüldü?
- Niyə götürülməsin ki?! Mən Nazim Süleymanovla görüşdüm. O, özü də hamı ilə salamlaşdı. Tədbirdən sonra yenə öpüşüb-görüşdük. Aramızda heç bir problem yoxdur. Sadəcə, şişirdirlər.
- Fotolardan görünür ki, bir çox veteranın geyimində nişan olsa da, Nazim Süleymanov və Həmkarlar İttifaqının üzvlərində həmin nişandan yox idi. Bu, nə ilə bağlı idi?
- Tək onda deyil, çoxunda yox idi. Onların adlarını yazmağı çatdırmadıqları üçün belə alındı.
- Nazim Süleymanov tədbirdə çıxış edib. O, nədən danışdı?
- Bəli, çıxış etdi, veteran futbolçu kimi öz fikirlərini bildirdi. Heç bir problem yaranmadı. Bilirsiniz, bizdə belədir: Veteranlar yığışmayanda deyirlər ki, yatıblar. Yığışanda isə deyirlər ki, niyə yığışıblar. FVİ ilk gündən işləyir. Bir veteran deyə bilməz ki, Oqtay Abdullayev ona imkanı daxilində kömək etməyib. Bütün veteranlara hər bir işdə kömək edirəm. Amma hamıya kömək etmək də olmur. Veteranlar bir deyil, iki deyil. Təkcə bugünkü tədbirə 200-dək veteran yığışmışdı.
- Bildirdiniz ki, görüşdə müəyyən müzakirələr oldu. Daha çox hansı məsələnin üzərində dayandınız?
- Veteranların statusunu təyin etmək, onları işlə təmin etmək, federasiya ilə əl-ələ işləmək, veteran futbolçuları regionlardakı oyunlara cəlb etmək, onların bilik və bacarıqlarından yararlanmaq kimi məsələləri müzakirə etdik.
- Az öncə qeyd etdiniz ki, görüşdə veteranlara maddi yardım göstərmək təklifi də irəli sürüldü...
- Dünyada heç bir federasiya veteran futbolçuya pul ayırmır. Sağ olsunlar, bizə bu şəraiti yaradırlar. Bir çox ölkədə veteranlara pulu klublar verir. Bizdə isə bu işi yalnız “Neftçi” görür. Biz istəyirik ki, bütün klublar versin. Elxan Məmmədov dedi ki, mən klub rəhbərləri ilə danışaram, çalışarıq, veteranlara pul köçürsünlər. Bunu müzakirə edəcəklər. Alınsa, yaxşı olar. Çünki veteranların da xeyir-şər işləri, ad günləri var.
- Həmin pulun veteranlara aylıq məvacib kimi verilməsi nəzərdə tutulur?
- Hələ bunun detallarını dəqiqləşdirməmişik. Birdəfəlik yardım kimi olmasını istəyirik. Klublardan bunu xahiş edəcəyik.
- Görüşdə veteranlara təqaüd verilməsi məsələsi də müzakirə olundu?
- Yox, belə bir müzakirəmiz olmadı. Təqaüdün hansı veterana verilib-verilməməsini müəyyənləşdirməkdən öncə onun statusuna aydınlıq gətirilməlidir. Elə veteran var ki, yığmada 50 oyun keçirib, eləsi də var ki, çox az oynayıb.
- Veteranlar görüşdən hansı təəssüratla ayrıldı?
- Hamısı razı qaldı. Bu gün müzakirə etdiyimiz məsələlər masa üzərində qalmayacaq. Gələn həftə AFFA rəhbərliyi ilə yenidən görüşəcəyəm. Onlar da klublarla danışacaqlar. Veteranlar kənarda qalmamalı, onların əziyyəti itməməlidir. Futbolda öz olanlar diqqətdən yayınmamalıdır. Elə futbolçu var ki, biznesə qoşulub. Biz ona nə kömək edək?
Mənbə: report.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq