8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Ayxan Abbasov: “... üzülürük”

"Məğlubiyyətə görə üzülürük. Belə rəqiblə oyunda səhv etmək olmaz. Rəqib ikinci hissənin əvvəlində boşluqdan yararlandı. Buna baxmayaraq, öz dəst-xəttimiz var. Daha soyuqqanlı ola bilərdik. Futbolçularıma əzmkarlığı qarşılığında təşəkkür edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis oyundan zövq aldığını bildirib: "Oyunu düzgün analiz etmək lazımdır. Qoldan sonra 4 hücumçu ilə oynadıq, dayaq yarımmüdafiəçisini meydana buraxdıq. Belə komandaya qarşı açıq futbol oynamaq olmaz. Hətta "Neftçi" belə oynamamışdı. Çalışacağıq ki, sonadək bu tempi qoruyaq. Hər mövsüm heyətimizi qoruya bilməsək də, futbolumuza qazandırırıq. Bəs özümüz nə vaxt qazanacağıq? Bu sualın cavabı məndən asılı deyil".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30