28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

”Xəzər Lənkəran” məşqlərini tamamlayıb yola düşdü

Premyer Liqanın V turunda “Qəbələ” klubunun qonağı olacaq “Xəzər Lənkəran” Lənkəranda son üç gün ərzində davam edən hazırlığını tamamlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər məşqini ehtiyat meydançada keçirən komanda 1 saat 20 dəqiqə ərzində fiziki və taktiki çalışmaları yerinə yetirdi. Yeni transferlər Deyvid Sakkoni və Edu Oriolun da iştirak etdiyi məşq prosesi yetərincə maraqlı alındı və futbolçuların istəkli olması, tapşırıqları düzgün yerinə yetirməsi məşqçilər korpusunu da razı saldı. Məşqin ardından “Xəzər Lənkəran” Qəbələ şəhərinə yola düşdü. Xatırladaq ki, “Qəbələ” - “Xəzər Lənkəran” matçı avqustun 31-də keçiriləcək. Matçın ardından "Xəzər Lənkəran" Qəbələdə daha 4 gün qalaraq təlim məşq toplanışı keçirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31