8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Zaur Həşimovdan darmadağına bəhanə: “Üç qolu rəqibə hədiyyə etdik”

“Oyuna əlimizdə olan futbolçularla hazırlaşdıq. Heyətdə bəzi problemlər var. Tellur Mütəllimov oyun günü xəstələndi, matça gələ bilmədi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 18-ci turunda “Keşlə” ilə oyundan sonra mətbuat konfransında deyib.

O, 0:4 hesablı məğlubiyyəti belə şərh edib: "Bəzi səhvlər etdik, 4 qol buraxdıq. Üç qolu rəqibə hədiyyə etdik. Ən pis şey "qara zolağ"a düşməkdir. Mən bundan qorxurdum. Komanda şəklində müdafiə olunmaq lazımdır. Müdafiə hücumdan başlayır. Səhvlərdən sonra yekunda hesab belə oldu. Birinci qolu oyundankənar vəziyyətdən buraxdıq. Mən də qışqırdım ki, ofsayddı".

Zaur Həşimov ardıcıl 3 oyunda uduzmalarını heyətin zəngin olmaması ilə əlaqələndirib: "Əvvəlki matçlarda qırmızı vərəqələr oldu. Heyət kasaddır. Biz hazırda yerli futbolçular baxımından bütün rəqiblərimizə uduzuruq. Məğlubiyyətlər bizi sarsıdır, amma mübarizə aparmağa çalışacağıq. 4-cü yer uğrunda sona kimi vuruşacağıq".      

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30