29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Füzuli Məmmədov: “Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik"

“Bilirdik ki, çətin oyun olacaq. Ciddi hazırlaşmışdıq. Rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Keşlə”yə qalib gəldikləri oyundan (3:1) sora mətbuat konfransında deyib.

O, qələbəni azarkeşlərinə həsr etdiklərini bildirib: "Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik".

F.Məmmədov "Neftçi"nin hələ istənilən səviyyədə oynamadığını da əlavə edib: "Oyunları analiz edirik. Hansı matçlarda səhv cəhətlər olduqda ona uyğun kimin daha hazırlıqlı olduğunu nəzərə alıb heyəti qururuq. Mən bura yeni gəlmişəm. Düzdür, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Amma deməzdim ki, bu, onların tam potensialıdır. İşləyəcəyik və daha yaxşı futbol sərgiləməyə çalışacağıq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31