9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Elmar Baxşıyev: “3 qol buraxmağımızı sırf müdafiəçilərlə bağlamazdım”

“Qış fasiləsindən sonra start nəticə baxımından yaxşı alınmır. Amma oyun planında komandadan razıyam. Heyətə yeni qoşulanlar var. Onların uyğunlaşması üçün müəyyən vaxt lazımdır ki, komanda daha baxımlı oynasın".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 17-ci turunda bu gün səfərdə "Səbail"ə uduzduqları oyundan (1:3) sonra mətbuat konfransında deyib.

Seneqallı futbolçu İbrahima Niassenin gedişinin komandaya mənfi təsir göstərdiyini deyən çalışdırıcı gələcəkdə istədikləri nəticələri qazanacaqlarına inandığını bildirib: "Hesabı açandan sonra 3 qol buraxmağımızı sırf müdafiəçilərlə bağlamazdım. Bütün komanda şəklində müdafiə olunmağı bacarmırıq. Bizim üçün önəmli fiqur olan İbrahima Niasse gedəndən sonra bir az çətinlik çəkirik. Bu komanda oynamağı bacarır və potensiala malikdir. İnanıram ki, bir müddətdən sonra daha yaxşısını edib, nəticələr qazanacağıq. İlk gündən çalışmışam ki, hücum futbolu oynayaq. Öz fəlsəfəmi də bunda görürəm. İstəməzdim ki, komandam 90 dəqiqə müdafiədə oturub, bir şansın ümidinə qalsın. Futbol gözəlliyi sevir və gözəl futbolla nəticə qazanmaq istəyirik. Hakimlik normal idi. Bir az oyunçularıma iradlarım var ki, konsentrasiyanı itirdilər və lazımsız vərəqələr aldılar”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30