9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Elxan Abdullayev U-18 millimizdən imtina edib

Bu gün Azərbaycan Radiosunun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub.

Futbolxeber.az saytının məlumatına görə, qurum rəsmisi canlı yayım vaxtı Elxan Abdullayevin U-18 millimizin baş məşqçi postundan imtina etdiyini təsdiqləyib:

“Məşqçilər Komitəsi U-18 millimizə baş məşqçi namizədi kimi Elxan Abdullayevi təklif etdi. Biz də bunu qəbul etdik. Amma hələ ki qərar yoxdur. Bəli, Elxan Abdullayev dedi ki, əsas milli komandaya gələcək baş məşqçinin köməkçisi olmaq arzusundadır. Lakin biz buna hal-hazırda cavab verə bilmərik. Çünki milli komandaya gələn məşqçi öz köməkçilərini özü təyin edir. Təbii ki, yerli köməkçilər də olur. Hal-hazırda bu köməkçi Arif Əsədovdur və o, işinə davam edir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30