Ölkə futbolu
"Xəzər Lənkəran" bəyanat yaydı
“Xəzər Lənkəran” Futbol Klubu Premyer Liqanın son turunda baş verənlərlə əlaqədar bəyanatı yayıb. Futbolxeber.az həmin bəyanatı təqdim edir:
"Azərbaycan futbolunun son illər ərzində getdiyi inkişaf yolu, əldə olunan nailiyyətlər ölkəmizdə bu idman növünə ayrılan böyük diqqətin nümunəsidir. Artıq ölkəmiz beynəlxalq futbol qurumlarının sadəcə sıravi üzvü deyil, bu təşkilatların fəal iştirakçısı kimi tanınmışdır. Azərbaycanda keçən il keçirilmiş FİFA U-17 Qadınlararası Dünya Çempionatı, 2016-cı ildə baş tutacaq U-17 Avropa Çempionatı kimi mötəbər yarışlar artıq ölkəyə FİFA və UEFA kimi ali futbol qurumlarının rəhbərlərinin bilavasitə diqqətini cəlb edir. Bu səbəbdən dünya futbolunun aparıcı simalarını stadionlarımıza gəlməsi tez-tez rast gəlinən hala çevrilib. Bütün bunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının gördüyü məqsədyönlü və təşkilatlanmış işin nəticəsidir. AFFA prezidenti hörmətli Rövnəq Abdullayev bu posta seçildiyi ilk gündən görülən işlərin keyfiyyəti və kəmiyyəti ölkə futbolunun uğurlu yolda olduğundan xəbər verir.
Ölkənin aparıcı futbol klubu olan və futbolumuza bir çox sahələrdə yeniliklər gətirən “Xəzər Lənkəran” da AFFA bayrağı altında çıxış edərək bu qurumun strategiyasını və gördüyü işləri birmənalı olaraq dəstəkləyir. Ən böyük azarkeş kütləsinə malik klubumuz ölkədə futbolun populyarlaşması istiqamətində üzərinə düşən böyük məsuliyyətdən qürur hissi duyur. Biz hər bir zaman istər meydanda, istərsə də meydandan kənarda futbol adına bütün işlərin düzgün təşkil olunmasının tərəfdarı olmuşuq və bu istiqamətdə çoxlu sayda əməli tədbirlər görmüşük.
Ölkə Premyer Liqasının son turunda “Xəzər Lənkəran” Mərkəzi Stadionunda baş verənlərə bağlı tərəfimiz adekvat reaksiya bildirilib. Lakin buna baxmayaraq, müxtəlif mətbuat vasitələrində hadisələrin şişirdilməsi, düzgün şəkildə təqdim olunmaması, baş verənlərə müxtəlif don geyindirmək cəhdləri bizi narahat etməyə bilməz. Hələ çempionatın ötən turunda “Qarabağ” və “Xəzər Lənkəran” oyunu zamanı azarkeşlərin münaqişəsi və bunun nəticəsində xəsarət alması barədə mətbuatda dezinformasiya xarakterli yazılar yer almışdı. Sonradan məlumatın həqiqətə uyğun olmadığı üzə çıxdı. Təəssüf ki, növbəti turdan sonra bu tipli səhv məlumatlar üzə çıxdı ki, bütün bunlar ümumilikdə vəziyyət barədə yanlış təsəvvür yaradır.
Belə məlumatlar “Xəzər Lənkəran”la digər klublar arasında gərginlik yaradılmasına zəmin yaradır ki, bu da klubumuzun mövqeyinə tamamilə ziddir. “Xəzər Lənkəran” bütün futbol klubları ilə yüksək səviyyəli münasibətlərə malikdi və bu münasibətlərin qorunması klubumuz üçün böyük əhəmiyyət daşıyır.
Ölkədə ən böyük azarkeş kütləsi olan klub kimi “Xəzər Lənkəran” azarkeşlərlə iş üzrə də böyük təcrübəyə malikdir. Futbol azarkeşlər üçün oynanılır, və azarkeşlər komandaya dəstək verən, onu ruhlandıran, ona arxa və dayaq olan ən böyük qüvvədir. Biz meydanda və tribunalarda sağlam rəqabətin tərəfdarıyıq və heç bir zaman futbolda baş verənlərə qeyri-idman donu geyindirilməsi ilə barışa bilmərik.
"Xəzər Lənkəran" azarkeşlərini nəzərə alan AFFA rəhbərliyinin son tur baş verənlərin nəticəsi olaraq stadionumuzu diskvalifikasiya etməməsini klubumuz çox müsbət addım kimi dəyərləndirir və qurumun rəhbərliyinə təşəkkürünü bildirir.
“Xəzər Lənkəran” Futbol Klubu bəyan edir ki, komandamızın azarkeşləri heç bir zaman heç bir iğtişaş xarakterli əməllərə yol verməyib və yol verməyəcək. Eyni zamanda onu da qeyd etmək vacibdir ki, hər bir kəs Azərbaycan Respublikasının Qanunvericiliyi qarşısında eyni həcmdə məsuliyyət daşıyır və bu məsuliyyətdən heç bir şəxs heç bir halda boyun qaçıra bilməz.
Hər birimizin bir məqsədi olmalıdır - Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşib əlimizdən gələn heç bir işi əsirgəməmək".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq