9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Bakıdakı final son 10 ilin ən yaxşı təşkil olunan oyunlarından biridir”

“Budəfəki Konfransda AFFA-nın ənənəvi hesabatı ilə yanaşı, seçki də keçiriləcək. Buna görə də 2016-cı ildən bu günədək hesabat dövründəki rəqəmləri birgə xatırlayaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdulayev bu dəqiqələrdə keçirilən assosiasiyanın növbəti Konfransında çıxışı zamanı deyib.

O, ötən 4 ildə ölkəmizin beynəxalq futbol oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb: “Hesabat dövrü beynəxalq turnirlərin təşkili ilə əlamətdar olub. Ölkə rəhbərliyin bu işdə dəstəyini əsirgəməyib. Dövlət başçısı cənab İlham Əliyevə ölkəmizdə beynəlxalq yarışların təşkili zamanı verdiyi dəstəyə görə futbol ictimaiyyətini adından təşəkkür edirəm.

17 yaşlıların Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil olundu. Açılış matçını 33 min azarkeş izləmişdi ki, bu da turnirin tarixində rekorddur. Beynəlxalq qurumlar tərəfindən turnirin təşkili yüksək səviyyədə qiymətləndirilmişdi.

Avroliqanın finalı üçün 38 min əcnəbi Bakıya təşrif buyurmuşdu. Bu da qısa müddət ərzində ölkə ərazisinə rekord sayda əcnəbinin gəlişi idi. UEFA Bakıdakı finalı son 10 ilin ən yüksək səviyyədə təşkil olunan oyunlarından biri hesab edir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30