9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qarabağ”dan 1 gündə 2 məğlubiyyət

Antalyada təlim-məşq toplanışı keçirən "Qarabağ" bu gün 2 yoxlama oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Qurban Qurbanovun kollektivi əvvəlcə Çexiyanın "Siqma" komandası ilə qarşılaşıb. Görüş çexlərin 3:1 hesablı qələbəsi ilə tamamlanıb. "Qarabağ"ın yeganə qolunu Musa Qurbanlı vurub.

Ağdam təmsilçisi 2-ci yoxlama görüşündə Polşa "Visla"sı ilə üz-üzə gəlib. Qurban Qurbanovun komandası bu dəfə də meydanı məğlub tərk edib - 2:3. "Qarabağ"ın heyətində Mahir Emreli (pen) və Xaymer Romero fərqlənib.  

Qeyd edək ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib. Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın "Jetisu"sunu minimal fərqlə  üstələyib - 1:0.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30