29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

AFFA daha 10 nəfəri futboldan uzaqlaşdırdı

 
Birinci divizionda çıxış edən “Neftçi-2”, MOİK  və “Binə” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. 
Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə. komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
 
“Qaradağ-Lökbatan” (I Divizion)
1.Məmmərzayev Tural - futbolçu
 
MOİK (I Divizion)
1. Həsənov Orxan - futbolçu
2. Ağakərimzadə Yamin - futbolçu
3. Yaqubzadə Raul - futbolçu
 
Forza Neftçi (Futzal, I Liqa)
1. Məmmədov Elmir - məşqçi
 
“Keşlə”
1. Babayev Mehman  - məşqçi
2. Səfərov Asəf – klub rəsmisi
 
Qeyd: Siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib.
 
Aşağıda adı qeyd olunmuş şəxslər hazırda aktiv futbol fəaliyyəti göstərmirlər. Lakin gələcəkdə futbol sahəsində çalışmaq ehtimalı nəzərə alınaraq, həmin şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
 
1. Elmin Çobanov
2. Natiq Səhrətov
3. Emin Cəfərquliyev
 
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
 
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31