9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Yarımfinala çıxmaq sevindirici, "Neftçi"ni keçmək ikiqat sevindiricidir”

“Yarımfinala çıxmaq sevindiricidir. "Neftçi"ni keçmək ikiqat sevindiricidir. Uşaqlara təşəkkür etdim. İlk oyunda başqa, indi başqa futbol oynadıq. Futbolçularım dediklərimizi etməyə çalışdı və etdi. 1 ildir ki, "Sumqayıt"dayam. Çalışırıq ki, nələrisə dəyişək. Rəqib də bizi təəccübləndirdi. Bəzi dəyişikliklər edəcəyini gözləyirdik. Normal mübarizə apardıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:0) sonra keçirilən mətbuat konfransında deyib.

"Aleksey İsayevin yoxluğuna gəlincə, ona özüm icazə vermişəm. Toy mərasimi var, normaldı. Bizim komanda tək bir addan ibarət deyil. Futbolçunun da həyatında belə hadisə bir dəfə olur. Uduzsaydıq belə, ona bağlamayacaqdıq. Bu gün onun yerində oynayan Xəyal Nəcəfov daha yaxşı çıxış etdi", - deyə Abbasov bildirib.

Ayxan Abbasovun sözlərinə görə, qışdan sonra çox çətin olacaq: "Yaxşı mənada dəstək lazımdır. Bu gün gənclərin inkişafı göz qabağındadır. Biz yuxarı pillələri istəyiriksə, bunu rəhbərlik fikirləşməlidir. Hər məşqçi istəyir ki, yer də tutsun, kubok da qazansın. Qışdan sonra bütün rəqiblər güclənir. Vuruşacağıq. Əsas kollektiv oyunudu və biz bunu iki matçda da bacardıq. "Neftçi"nin futbolçuları ustalıq səviyyəsi baxımından Azərbaycanda 1 nömrədir. Amma bu gün biz sübut etdik ki, biz də yaxşılara layiqik. Yarımfinalda "Qarabağ"la qarşılaşmaq istəyirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30