9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Elmar Baxşıyev: “Əsas odur ki, komanda istədiyimizi edir”

“İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbəni gətirmək istəyirdik. Komandanı sırf qələbəyə kökləyirdik».

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 finalının "Sabah"la cavab matçından sonra mətbuat konfransında deyib.

O, 3:2 hesabı ilə qalib gələrək mərhələ adladıqları oyunu şərh edib: "İlk oyundakı qələbəni unudub, bu oyuna kökləndik. Komandanın yaxşı forma yığdığı bir vaxtda Premyer Liqada fasilənin yaranmasına təəssüflənməyə dəyməz. Əksinə, daha yaxşı hazırlaşmaq üçün vaxtımız olacaq. Əsas odur ki, komanda istədiyimizi edir. Çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. İki mövqeyi gücləndirmək istəyərdik. Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidir.

Məşqçi və ya baş məşqçi kimi olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi".

Baxşıyev "Qəbələ"nin yetirməsi olan Bəhlul Mustafazadənin qollarına sevindinizmi" sualına bellə cavab verib: "Bəhlul Mustafazadənin dubl etməsinə yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyuna 6 qol vurması sevindirici haldır. İstədiyimiz də odur ki, matçın 60-70 faizini hücumda keçirək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30