9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Neftçi”nin antirekordu

“Neftçi” Azərbaycan kubokunda ardıcıl 3-cü ev məğlubiyyətini alıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bakılılar 1/4 finalın ilk oyununda “Sumqayıt”a 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi bundan əvvəl öz meydanında keçirdiyi son iki qarşılaşmada da məğlubiyyətə üzülüb. “Ağ-qaralar” 2018/19 mövsümündə 1/4 finalda “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olub. 2017/18 mövsümündə yarımfinala qədər irəliləyən “Neftçi” öz meydanında “Qəbələ”yə yenilib - 1:3.

Bakılıların evdə uduzmadığı son kubok görüşü 2 il əvvələ təsadüf edib. 2017/18 mövsümünün 1/4 finalında “Zirə” üzərində 2:0 hesablı qələbə əldə olunub.

Bu, klub tarixində yeni antirekorddur. “Ağ-qaralar” 27 ildir daimi iştirakçısı olduğu yarışda bunadək ardıcıl üç ev qarşılaşmasında məğlubiyyət almamışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30