7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

"Qəbələ" qələbəyə layiq idi”

"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qəbələ"yə səfərdə 0:3 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

- İlk növbədə rəqibi təbrik edirəm. Bu gün çox ağıllı futbol oynadı. "Qəbələ" qələbəyə layiq idi. Bir sıra futbolçuları oyunda fərq yaratdı. İkinci hissə haqda bir şey deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, futbol qol vurmaq üçündü. Keyfiyyət bu oyunda öz işini gördü.

- Komandanızın bu potensialı cavab matçında nəyəsə ümid verirmi?

 - Həyatda çox optimist insanam. Çox ümid edirəm. Növbəti matçda gərək bütün gücümüzü qoyaq. Son 3 oyunda qol vurmamışıq. Bu, hücumda keyfiyyətsizliklə bağlıdı.

- Bu matçdan sonra qış fasiləsində gedəcək futbolçular siyahısına hansılarsa əlavə olundu?

- Bu, imkanlarımıza bağlıdı. Bilirik ki, bizə nə lazımdlı. 25 asma ediriksə, təhlükə yarada bilmiriksə, bu barədə düşünməyə dəyər.

- İlk dəfə Qəbələdə oldunuz. Necə müqayisə edərdiniz burdakı şəraiti Xorvatiyayla?

- Xorvatiyada heç kimin belə 11 meydançası yoxdu. Bu, çox yüksək göstəricidi. Bizdə demək olar belə şəraitə malik komanda yoxdu (sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30