9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Şenol Günəş: "Azərbaycanla yoxlama oyunu keçirə bilərik"

Türkiyə millisinin baş  məşqçisi Şenol Günəş Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı paytaxtımıza səfəri haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis Azərbaycanda isti münasibət gördüyünü deyib:

"Təlim-məşq toplanışı üçün yer seçmək və başqa işlərə görə Bakıya getdik. Böyük sevgi gördük. Televiziyaya çıxdıq. Bizi indidən bağırlarına basdılar. Yenidən gedib, təlim-məşq toplanışı ilə əlaqədar məsələləri planlaşdıracağıq.

Həm də orada mətbuat konfransı keçirməyi düşünürəm. Azərbaycan ilə bir yoxlama matçı da oynaya bilərik. Təbii ki, evimizdə çıxış edəcəyimiz hissini bizə indidən yaşadırlar. Oyunlarda dəstək görəcəyimizi bilirəm. Bu cəhətdən şanslıyıq".

Xatırladaq ki, qitə birinciliyi çərçivəsində Türkiyə millisi iyunun 17-si Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30