29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Danışılmış oyunlara görə AFFA 28 nəfəri futboldan uzaqlaşdırdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2”  futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin, UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən, futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

Turan Tovuz (I Divizion)

1.Qocayev Sənan - futbolçu

2. Rüstəmov Misir - futbolçu

3. Bağırov Emin - futbolçu

4. Sadıqov İlkin - futbolçu

5. Məmmədov Rüfət - futbolçu

6. Tağıyev Eltay - futbolçu

7. Quluzadə Şahin - futbolçu

 Ağsu (I Divizion)

1. Kərimov Rəşad - İcraçı direktor

2. Bayramov Kənan - qapıçılar üzrə məşqçi

3. Hacıyev Ənvər - klubun işçisi

4. Əliyev Ramil - futbolçu

5. İbrahimov Vüsal - futbolçu

6. Əmrahov Qalib - futbolçu

7. Əliyev Elçin - futbolçu

8. Əliyev Məhəmməd - futbolçu

9. Həşənov Şamo - futbolçu

10. Mirzaliyev Ruslan - futbolçu

11. Quliyev Orxan - futbolçu

12. Rəhimov Fərrux - futbolçu

13. Həşimov Elçin - futbolçu

14. Babayev Malik - futbolçu

15. Kərimov Ramil - futbolçu

16. Mustafayev Vüsal - futbolçu

17. Məmmədov Kənan - futbolçu

Zirə (I Divizion)

1. Əliyev Səbuhi - futbolçu

Uğur FK (region liqası)

1. Məhərrəmov Cəmşid - futbolçu

Ağsu Siti (region liqası)

1. Alhüseynli Tuqay - futbolçu

Alyans FK (region liqası)

1. Rəhimli Cəmil - futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31