8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Ruslan Nəsirli: "Özümü yaxşı tərəfdən göstərib "Trabzonspor"da qalmaq istəyirəm"

2-ci dəfə "Trabzonspor"un düşərgəsinə yollanan Ruslan Nəsirli "Sumqayıt" Futbol Klubunun rəsmi saytına fikirlərini bildirib. Futbolxeber.az-ın məlumatına görə, 18 yaşlı futbolçu Türkiyənin dörd ən böyük klublarından birində forma geyinməyin böyük fəxr olduğunu deyib: "Çox sevinirəm ki, "Trabzonspor"dan növbəti dəfə təklif almışam. Bir azərbaycanlı futbolçu kimi Türkiyənin dörd ən böyük klublarından birində forma geyinmək həqiqətən böyük fəxrdir. Sözün açığı, ilk dəfə Trabzona yollanarkən özümü yaxşı tərəfdən göstərə bilmişdim. Hətta yoxlama oyunlarında fərqlənmişdim. Lakin bu kluba keçidimin baş tutmamasının əsas səbəbi "Trabzonspor"da rəhbərliyin və məşqçi korpusuunun dəyişməsi oldu. Yeni rəhbərlik növbəti dəfə mənim üçün "Sumqayıt" Futbol Klubuna məktub ünvanlayıb. Ümid edirəm ki, bu dəfə də özümü yaxşı tərəfdən göstərib "Trabzonspor"da qalmağı bacaracam. Mənim bu mərhələyə gəlib çatmağımda "Sumqayıt" Futbol Klubunun əməyi böyükdür. "Sumqayıt" gənclərdən qurulmuş bir komandadır. Misal üçün bir müddət əvvəl "Portu"ya yollanmış komanda yoldaşım Orxan Əliyevi qeyd etmək olar. "Sumqayıt" Futbol Klubu gənclər üçün böyük şansdır. Yaxın gələcəkdə bu klubun bir neçə üzvü böyük komandalarda forma geyinəcək. "Trabzonspor"dan qayıtdıqdan sonra milli komandanın düşərgəsinə qoşulacam. Əsas məqsədim yığmanın heyətində oktyabr ayında keçiriləcək seçmə mərhələdə özümü yaxşı tərəfdən göstərməkdir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30