9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Skarlatake “Zirə”də qol hesabını açıb

Adrian Skarlatake “Zirə”də qol hesabını açıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, rumıniyalı müdafiəçi qəsəbə təmsilçisinin heyətində ilk dəfə rəqib qapısına yol tapıb.

Bu, Azərbaycan Premyer Liqasının XIV turunun “Səbail”lə matçına təsadüf edib. 4:1 hesablı qələbəyə bir topla töhfə verən arxa xətt oyunçusu “Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 40-cı futbolçu olub. Adrian “Qartallar”ın formasında 27-ci çempionat qarşılaşmasında fərqlənib. 2019-cu ilin son çempionat görüşədək 39 oyunçu bunu bacarmışdı. Skarlatake bu 40 futbolçunun yer aldığı siyahıda 22-ci legioneri və ilk rumıniyalı oyunçusudur.

Qeyd edək ki, bu 40 oyunçudan başqa daha 5 rəqib futbolçusu avtoqol müəllifi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30