9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

UEFA Region kubokunun püşkü atılıb

UEFA Region kuboku turnirinin 2020/2021-ci il mövsümünün püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, A qrupunda yer alan təmsilçimiz ilkin təsnifat mərhələsində Gürcüstan, Estoniya və İsveç klubları ilə qarşılaşacaq. Bu qrupun oyunları iyulun 21-də, 24-də və 27-də İsveçdə keçiriləcək.

Komandamız ilkin qrup mərhələsinin qalibi kimi növbəti mərhələyə vəsiqə qazanarsa, Çexiya, Ukrayna və Bosniya və Herseqovina, ikinci pillənin sahibi kimi mübarizəni davam etdirərsə, Rusiya, Bolqarıstan və Uels klubları ilə görüşəcək.

Qeyd edək ki, ölkəmizi bu turnirdə Region Liqasının 2018/2019-cu il mövsümünün qalibi olmuş “Uğur” (Sumqayıt) komandası təmsil edəcək (affa.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30