29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Milli üzvü “Qarabağ”ı tərk edəcək

Bolqarıstan millisinin üzvü Simeon Slavçev qışda "Qarabağ"ı tərk edəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Bolqarıstanın "Meridian maç" nəşri yazıb.

Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçi komandanın baş məşqçisi Qurban Qurbanovun planlarında yoxdur. Buna görə ona özünə yeni komanda axtara biləcəyi söylənilib.

Xəbərdə Slavçevlə "Levski"nin maraqlandığı xatırladılıb. Ancaq bolqarıstanlı oyunçunun Sofiya təmsilçisinin təklifinə cavab verməyə tələsmədiyi vurğulanıb.Portuqaliya, Türkiyə və Rusiyadan da təkliflər alan Slavçevin gələcəyi barədə ciddi düşünmək istədiyi bildirilib.

Qeyd edək ki, S.Slavçev ötən ilin yayından Ağdam klubunda oynayır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31