8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Giqqz: “Komandadan razı qaldım”

"Bizim üçün hesab qənaətbəxş idi. Komandadan razı qaldım. Bəzi şeyləri inkişaf etdirmək olar. Oyunda təzyiq də var idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Uels millisinin baş məşqçisi Rayan Giqqz Avro-2020-nin seçmə mərhələsində səfərdə Azərbaycan yığmasına qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, bundan əvvəl çətin matçları olub: "Azərbaycan coğrafi baxımdan rahat gələ biləcəyimiz ölkə deyil. Rəqib evdə oynayırdı. Ancaq yaxşı nəticə qazana bildik".

O deyib ki, Azərbaycanla görüş də digər oyunlar kimi çətin keçib. "Bu gün Macarıstan qrupda istirahət edir. Bu, növbəti matçda onlara əlavə güc verə bilər. Bugünkü qarşılaşmada bəzi künc zərbələrindən istifafə edə bilmədik, bundan narazıyam".

Giqqz Qaret Beyl və Aaron Remzinin Macarıstanla növbəti oyunda meydana start heyətində çıxa biləcəyini vurğulayıb: "Biz oyunlarda dəyişikliklərin faydalı olmasına çalışırıq. Ona görə də bu gün Remzi start heyətdə yox idi. Ona istirahət verdik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30