8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Toşak: "Qələbəyə layiq idik"

"Bu gün yaxşı oynadıq. Bu səbəbdən də 1 xal qazanmadıq, 2 xal itirdik. "Neftçi" 1 xal qazanıbsa, buna görə sevinməlidir". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Neftçi" ilə oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Toşak deyib.

Uelsli mütəxəssis matçın idarəçiliyindən narazı qalıb: "Qarabağ"a qarşı keçirilən oyunda ilk hissədə bərbad oynamışdıq. Amma ötən oyunda olduğu kimi, bu gün də fasilədən sonra daha yaxşı təsir bağışladıq. Hesab edirəm ki, qələbəyə layiq idik. Sadəcə olaraq qol vura bilmədik. Hakimliyi çox aşağı səviyyədə qiymətləndirirəm. Referi "Neftçi"nin sol cinah müdafiəçisinə qırmızı vərəqə göstərməliydi. Lakin bunu etmədi. O ki qaldı Nildoya, düzdür, qol vura bilmədi. Amma Nildo ən azından qol epizodu yaxalayır. Qol vurmaq üçün şans qazanırsa, deməli qabında nəsə var. İnanıram ki, gələn oyunlarda o fərqlənəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30