8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Millimizdən böyükhesablı məğlubiyyət

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, yığmamız Yunanıstanda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.Matç meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

Qrupumuzdakı digər oyunundan Almaniya Qazaxıstanaheç bir şans tanımayıb - 5:0. 

Qeyd edək ki, U-17 qrup mərhələsində növbəti oyununu noyabrın 16-da, saat 16:00-da Almaniya yığmasına qarşı keçirəcək. 
 
Avropa çempionatı, ilkin seçmə mərhələ

IX qrup

13 noyabr

Azərbaycan - Yunanıstan 1:6

Qollar: Liatsos, 36-pen (0:1), Koutsias, 44 (0:2), Kitsakis, 45+1 (0:3), Vardar, 62-pen (1:3), Kristopoulos, 73 (1:4), Liatsos, 84 (1:5), Syrmis, 90+5 (1:6)

Baş hakim: Ondrey Pechanec (Çexiya)

Patra. “Papacharalambio Ethniko” stadionu




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30