8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Tomas Doll: “0:1 hesabı ilə geriyə düşdükdən sonra ayıldıq”

“Çox sevinirəm ki, 0:1-dən sonra ikinci hissədə dönüş edə bildik. Çox mübarizə apardıq, əla xarakter göstərdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri APOEL-inin baş məşqçisi Tomas Doll Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Qarabağ"la üç dəfə oynamışam. Bura gəldiyim vaxt komandam 1:2 hesabı ilə uduzmuşdu. İndi isə bizim 2 qələbə, 1 heç-heçəmiz var.  Bu dəfə də 0:1 hesabı ilə geriyə düşdükdən sonra ayıldıq. Hesabı öz xeyirimizə dəyişməli idik. Bu isə asan deyildi. Çünki ikinci qolu vurmaq üçün risk edə bilməzsən. Əlbəttə, daha yaxşı oynaya biləcəyimizi bilirik. Amma gəlin, yaxşı şeylərdən danışaq. Dortmund "Borussiya"sı da Çempionlar Liqasında "İnter"lə görüşdə 0:2 hesabı ilə uduzarkən, dönüş etdi. Futbolçularıma görə şadam. İlk 60 dəqiqə bir az qoxduq. Avropa bütün komandalara qarşı açıq futbol oynaya bilmirik. Çox çətin qrup oyunu idi" - deyə o bildirib.

T.Doll doğru yolda olduqlarını söyləyib: "Futbolda bəzən  qələbə qazana bilirsən, bəzən isə şanslı deyilsən. Biz Kipri Avropada təmsil edən yeganə komandayıq, dəstək olun. Uşaqların son dəqiqələrdə etdiklərindən razıyam. Bunlar cəsarətli oyundan xəbər verir. Çətin yolumuz olsa da, biz doğru yoldayıq. Komandanı addım-addım doğru yola yönəldirik. Hər kəs komanda üçün önəmlidir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30