29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qarabağ”la görüşdə 3 xal qazanmaq istəyirik və bunu bacara bilərik”

"Özümü yaxşı hiss edirəm. "Qarabağ"la iki həftə əvvəlki matçda komandam o qədər də yaxşı durumda deyildi. Bəzi problemlərimiz oldu və liqada da istədiyimi kimi oynaya bilmədik. Amma ilk görüşdə xarakter göstərdik və iki qol vurduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll  Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la sabahkı ev oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis hazırda daha yaxşı vəziyyətdə olduqlarını bildirib: "Pis nəticəyə baxmayaraq, məşqlərdə yaxşı komanda gördüm. "Qarabağ"la  matçlarda 4 qol vurmuşuq və yenə də fərqlənməyi hədəfləmişik. Üç xal qazanmaq istəyirik və bunu bacara bilərik. "Qarabağ"la ilk görüş kimi ikinci oyunda finala bərabərdir. Qarşılaşmanın çox vacib olduğunu bilirik. Bütün oyunçular Avropada yola davam etmək istəyirlər. Oyuna çox köklənmişik. Ağıllı oynamalıyıq. Belə olacağı təqdirdə topa sahib ola bilməyəcəklər. Rəqibin necə oynayacağını bilirik".

Doll komandasının evdə oynamasının onlar üçün üstünlük olduğunu bildirib: "Bu dəfə başqa cür olacaq. Çünki biz doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Ağıllı oynayıb, "Qarabağ"a əks-hücumlar şansı verməmək lazımdır. Futbolçularımın bu cür oyunlar üçün təcrübəsi var. Oyunçular arasında yaxşı formada olmayan var. Amma mənim başqa variantlarım da olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31