8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

“Sabah” 11 oyunluq seriyaya son qoydu

Bakının “Sabah” klubu səfərdəki qələbəsiz oyunlar seriyasına son qoyub.

Futbolxeber.az saytının məlumatına görə, ardıcıl 11 dəfə rəqib meydanlarında qalib gəlməyən paytaxt klubu Premyer Liqanın X turunun “Qəbələ” ilə görüşündə 3 xal qazanıb - 2:1. Bunadək bakılıların son səfər qələbəsi fevralın 2-nə təsadüf edib. “Zirə”nin meydanında 2 cavabsız qola sevinən “Sabah” sonrakı 11 oyunda 4 heç-heçə edib və 7 dəfə uduzub.

274 günlük seriyanın qırılması həm də paytaxt klubunun Premyer Liqada 5-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” əvvəlki 19 qarşılaşmada 4 dəfə üç xal əldə edib. Qeyd edək ki, “Qəbələ” - “Sabah” oyunu X turda qalibi müəyyənləşən yeganə qarşılaşmadır. Premyer Liqanın 8 komanda ilə keçirildiyi dövrdə 6-cı dəfə belə hal yaşanıb. 2016/17 mövsümündə 1, 2017/18 mövsümündə 4 dəfə turun dörd görüşündən üçündə heç-heçəyə təsadüf olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30