Ölkə futbolu
“Keşlə”nin üzvü: “Buna da şükür”
“Keşlə”nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"lə heç-heçə etdikləri görüşdən (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb:
- Çətin oyun olacağını bilirdik. Külək də bir tərəfdən maneçilik yaradırdı. "Səbail" 4 və ya 5 matçda xal itirməsinə baxmayaraq, yaxşı komandadır. Aramızdakı xal fərqini artırmaq istəyirdik. Sadəcə külək həqiqətən də həm rəqib komandaya, həm də bizə mane oldu. Amma buna da şükür. Uda bilmirsənsə, gərək, məğlub olmayasan.
- Bundan əvvəlki oyunlarda topla yaxşı oynayırdınız. Bugünkü matçda elə də alınmırdı. Küləyə görə idi, yoxsa başqa səbəblər vardı?
- Bizim əsasən, orta sahə oyunçularımız topla oynamağı sevən futbolçulardır. Ona görə də topla oynamaq yaxşı alınır. Bu gün topla rəftar etməyimizə konkret külək imkan vermədi. Ona görə çətinlik çəkirdik.
- Birinci hissədə küləyin istiqaməti rəqib qapısına idi. Amma bundan istifadə edə bilmədiniz.
- Külək rəqib qapısına tərəf olanda deyirlər ki, üstünlük bizdədir. Ancaq ötürmələrdə də külək topu aparırdı, çatmaq olmurdu. Üstünlüyümüz onda idi ki, gərək, qapıya zərbə vurardıq. Amma rəqib yaxşı müdafiə olunurdu. Zərbəyə, ötürməyə imkan vermirdilər.
- Çox epizodda Tərlan Əhmədov həm sənə, həm də başqalarına çox əsəbləşdirdi. Bir epizodda da "məni infarkt edəcəksiniz" dedi.
- Baş məşqçidir, o da streslidir. Keçən il sonuncu yeri tutmuşduq. Bu il isə qarşımıza şərt qoymuşuq. Ötən mövsüm etdiyimiz həqiqətən də səhv idi. Komandanı sonuncu pilləyə saldıq. İndi Tərlan Əhmədov da, futbolçular da istəyir ki, həmin günahı yusun. Ona görə də üzərimizdə təzyiq böyükdür. Sağ olsun, prezident tərəfindən də dəstək çoxdur. Sadəcə özümüz məsuliyyəti hiss edirik ki, buradan çıxmalıyıq.
- Tərlan Əhmədov oyundan sonra paltardəyişmə otağında da sərt şəkildə münasibət göstərdi?
- Xeyr. Bilmirəm ki, sizi necə inandırım. Sadəcə girib, təbrik etdi ki, yaxşı oynadınız. Hər oyun qalib gələ bilmərsən, əsas odur ki, uduzmamısan. Neçə qarşılaşmadır ki, məğlub olmuruq. Bu, o deməkdir ki, asan rəqib deyilik.
- Növbəti rəqibiniz "Neftçi" olacaq. Çempionluğa oynayan komandadır. Onları məğlub etmək nə dərəcədə real olacaq?
- Belə deyərdim ki, digər rəqiblərə necə hazırlaşırıqsa, "Neftçi" ilə görüşə də elə hazırlaşacağıq. Rəqibin "Neftçi" və ya "Qarabağ" olması fərq etmir. Əlbəttə, "Neftçi" də, "Qarabağ" da yaxşı komandalardır. Sadəcə məqsədimiz böyük uğurlardırsa, böyük komandalarla oynamalısan. Yəni heç bir problem yoxdur. İnşallah, stadion hazır olar. Sizə söz verirəm ki, həmin stadionda çox maraqlı oyun görəcəksiniz.
- Qalib gəlsəydiniz, hətta, "Neftçi"ni keçə bilərdiniz. Xallar eyni olsa da, 2-ci pilləyə yüksəlmə ehtimalınız vardı. Bu, növbəti oyuna qaldı?
- Qismətdir. Hər şey öz əlimizdədir. Yaxşı çalışmaq lazımdır. Kim nə deyir, desin, futbolda əziyyət çəkmədinsə, uğur qazanmaq mümkün deyil. Növbəti turda hədəfimiz, təbii ki, "Neftçi"yə qalib gəlməkdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək