29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Yaşar Vahabzadə azarkeşlərlə görüşüb

“Kəpəz” Peşəkar Futbol Klubunda azarkeşlərlə keçirilən mütamadi görüşlər çərçivəsində növbəti belə tədbir baş tutub.

Futbolxeber.az-ın klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, görüşdə klubun icraçı direktoru İlqar Nadiri, əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə və müxtəlif yaş qruplarından olan fanatlar iştirak edib.

Azarkeşləri “Kəpəz”in ən böyük dəyəri adlandıran İlqar Nadiri Gəncədə futbola olan hədsiz maraqdan bəsh edib. O, aşağı dəstədə mübarizə aparan komandanın bu gün böyük dəstəyə ehtiyacı olduğunu deyərək uğur qazanmaq üçün azarkeş amilinin vacibliyinə diqqət çəkib. Daha sonra Yaşar Vahabzadə komandanın çıxışı haqda fikirlərini bölüşüb. Ardından azarkeşlər də söhbətə qoşulmaqla razı və narazı qaldıqları məqamları dilə gətirərək təkliflərlə çıxış ediblər. Fanatlar “Kəpəz”i gələn mövsüm elitada görmək istədiklərini bildiriblər. Qızğın müzakirələrə yol açan görüş 1 saatdan çox müddətdə davam edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31