8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

IX turda mövsümün rekordu

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, belə ki, IX turda 14 qol vurulub. Bu da cari mövsüm üçün ən yüksək göstəricidir. Toplardan 6-sı “Sumqayıt” - “Neftçi” (2:4), 4-ü “Sabah” - “Zirə” (2:2), 3-ü “Keşlə” - “Qəbələ” (2:1), 1-I “Qarabağ” - “Səbail” oyununa təsadüf edib. Meydan sahibləri və qonaqların eyni sayda - 7 dəfə fərqləndiyi turda orta məhsuldarlıq 3,50-yə bərabər olub. Bunadək mövsümün rekordu 13 qolun vurulduğu III turda qeydə alınmışdı. Maraqlıdır ki, həmin turda da eyni cütlər üz-üzə gəlib. “Qəbələ” - “Keşlə” və “Səbail” - “Qarabağ” görüşləri eyni - 0:4, “Neftçi” - “Sumqayıt” qarşılaşması 2:1, “Zirə” - “Sabah” oyunu 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, sonuncu dəfə ən azı 14 qolun vurulduğu tur ötən mövsümün sonunda yaşanıb. XXVIII turda indiki kimi 14 qol qeydə alınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30