7 Iyun 2024, Cümə
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ

Ölkə futbolu

Dario: “Hədəfimiz çempionatın və kubokun qalibi olmaqdır”

“Neftçi”nin yarımmüdafiəçisi Dario Frederiko klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytı braziliyalı futbolçunun müsahibəsini təqdim edir:

- Komandanın ilk dövrədəki nəticələrini necə dəyərləndirirsən?

- Çempionata yaxşı başlamadıq. Buna baxmayaraq, son iki oyunda toparlanıb qələbə qazana bildik. İnanıram ki, ikinci dövrədə qələbələrin davamını gətirəcəyik.

- Qarşıdan "Zirə” ilə oyun gəlir? Bu görüşdən nə gözləyirsən?

- "Zirə” ilə ilk dövrədəki oyunda bəxtimiz gətirmədi. Yadımdadır, matça çox yaxşı başlasaq da, qol fürsətlərini boşa vermişdik. Qarşıdakı oyuna çox ciddi hazırlaşırıq. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Bilirəm ki, asan olmayacaq, amma meydana yalnız və yalnız qələbə qazanmaq üçün çıxacağıq.

- 6 çempionat matçında meydana çıxsan da, qol vurmamısan. Öz oyununu necə qiymətləndirirsən?

- Bu mövsümkü çempionatda qol hesabımı açmasam da, çalışıram oyunumla komandaya maksimum fayda verim. Mənim üçün əsas olan komandamızın nəticəsidir. Oyundan oyuna daha da artırmağa çalışıram.

- "Neftçi” ilk dövrədən sonra liderdən 10 xal geri qalaraq 3-cü yeri tutur. Səncə, mövsümün sonunda komandanın turnir cədvəlindəki mövqeyi necə olacaq?

- Keçən mövsüm olduğu kimi, hədəfimiz yenə də çempionatın və kubokun qalibi olmaqdır. Liderlə 10 xallıq fərqə baxmayaraq, sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyun var. Sonda hər şey ola bilər.

- Azarkeşlərə nə demək istərdin?

- Azarkeşləri keçən mövsüm olduğu kimi, bu mövsüm də hər zaman yanımızda görmək istəyirik. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30