9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Rossi: "Azərbaycanla oyun Xorvatiya ilə görüşdən ağır keçəcək"

“Xorvatiyaya və Azərbaycanla oyunları düşünürük. İkincinin birincidən ağır keçəcəyini istisna etmək olmaz. Qrupdan çıxmaq şansımızı davam etdirmək üçün Azərbaycana qalib gəlməliyik. Püşkatmadan dərhal sonra demişdim ki, Azərbaycan millisini heç kim qiymətləndirməyə bilməz. Onların sentyabrın ayındakı iki oyunu yaxşı sözlərə layiqdir. Azərbaycana qalib gəlmək üçün ən yaxşı cəhətlərimizin lazım olacağına şübhə etmirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi deyib.

O, Xorvatiya, Azərbaycan və Uelslə matçlarda qələbə qazanmağa çalışacaqlarını söyləyib: "Amma 3 rəqibin hamısını udacağımızı söyləyəcək qədər dəli deyiləm. Hazırda Avropa çempionatına vəsiqə uğrunda necə mübarizə apardığımızdan danışmaq yaxşıdır. Macarıstanın 4-cü səbətdən çıxdığını unutmayaq".

M.Rossi Xorvatiyada meydana ağ bayraqla çıxmayacaqlarını bildirib: "Xorvatiyada nə olursa-olsun, Azərbaycana qalib gəlməliyik. Biz Xorvatiya ilə Azərbaycanı məğlub edəcəyini Slovakiya - Uels və Uels - Xorvatiya matçlar heç-heçə başa çatacağını düşünürəm. İnanılmaz səslənir. Amma belə də olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30