9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Zirə”nin “Qəbələ” ilə 9-cu ev oyunu

Bu həftə Azərbaycan Premyer Liqasında I dövrə başa çatacaq.

Futbolxeber.az saytının məlumatına görə, “Zirə” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsində “Qəbələ” ilə görüşəcək.

Zirə İdman Kompleksinin stadionundakı matç rəqiblər arasında ölkə çempionatı çərçivəsində 17-ci duel olacaq. İlk dəfə 2015-ci ildə üz-üzə gələn komandalar son 4 mövsümün hərəsində dörd dəfə qarşılaşıb.

Əvvəlki 16 matçdan dördündə üç xal qazanan “Zirə” yeddi dəfə bir xalla kifayətlənib. “Qartallar” beş görüşdən xalsız ayrılıblar. 32 qolun vurulduğu qarşılaşmalarda əyalət klubu daha çox fərqlənib - 18:14.

“Qartallar”ın 10 futbolçusu bu oyunlarda qol sevinci yaşayıb. Sadio Tounkara, Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriç “Qəbələ”ni daha çox - hərəyə 2 dəfə məyus edib.

Dövrənin son matçı “Zirə”nin “Qəbələ”yə qarşı 9-cu ev görüşü olacaq. Öz meydanındakı son 5 qarşılaşmadan xalsız və qolsuz ayrılmayan komanda evdə üstünlüyə malikdir. 3 qələbəsi olan “Qartallar” eyni sayda heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi isə qonaqların xeyrinədir - 8:10.

Qeyd edək ki, “Zirə” - “Qəbələ” oyunu oktyabrın 6-da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30