29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qarabağ”la oyunda arxayınlaşmamalıyıq”

“Qarabağ”la oyun tam başqa olacaq. Komandamız üçün son turdakı 7 qol vacib idi. Həmin qələbənin “Qarabağ”la görüşlə bağlılığı yoxdur. Sadəcə bu nəticə komandada yüksək əhval-ruhiyyə yaradıb. Son matçlarda göstərdiyimiz məhsuldarlıq bizə arxayınlaşmağa əsas vermir. Onlar keçmişdə qaldı. İndi digər qarşılaşmaları düşünməliyik. Matçlara tam köklənmək, məşqdə səylə çalışmaq lazımdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Düdelanj"ın futbolçusu Mikael Qaros Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi deyib.

O, Ağdam klubu haqda məlumatının az olduğunu bildirib: “Qarabağ”la oyunda ehtiyatlı olmalı, arxayınlaşmamalıyıq. Bu, Avropa Liqasının qrup mərhələsidir. “Qarabağ” da çox güclü rəqibdir, amma bizim itiriləsi heç nəyimiz yoxdur. Rəqiblərə yuxarıdan aşağı da baxmırıq. Balanslaşmış komandamız da var”.

Qaros onlar üçün ölkə çempionatının daha önəmli turnir olduğunu vurğulayıb: "Təbii ki, Avropa Liqası da çox yaxşıdır. Amma unutmayaq ki, qrup mərhələsində olmağımız çempionatdakı uğur sayəsində mümkün olub. Əgər mövsümün sonunda ilk üç və ya dörd yerdən birini tutmasaq, Avropa Liqasında yaşadığımız bu hissləri gələn il görməyəcəyik. Hər qələbə sevinc bəxş edir. Bilmək olmaz, bəlkə “Qarabağ”la görüşdə də yenə bu sevinci yaşayacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31