9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Millimizin heyəti açıqlandı

Milli komandamızın heyəti açıqlanıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nikola Yurçeviç 23 futbolçuya dəvət göndərib.

Yığmamızın kapitanı Maksim Medvedev, eləcə də Dmitri Nazarov və Anton Krivotsyuk cəzalı durumda olduqlarından heyətdən kənarda qalıblar.

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")

Müdafiəçilər: Şəhriyar Əliyev ("Sumqayıt"), Ömər Buludov ("Neftçi"), Abbas Hüseynov, Bədavi Hüseynov (hər ikisi "Qarabağ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar  Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Emreli, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Eddi İsrafilov ("Albasete, İspaniya), Cavid Hüseynov ("Zirə"), Rəşad Eyubov ("Sabah")

Hücumçular: Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Ağabala Ramazanov ("Səbail").

Qeyd edək ki, oktyabrın 6-da bir araya gələcək millimiz Bakıda iki gün hazırlıq keçdikdən sonra oktyabrın 8-də Bəhreynə yollanacaq. Oktyabrın 9-da bu ökənin yığması ilə yoldaşlıq matçı keçirəcək komandamız ayın 13-də Avro-2020-nin seçmə mərhələsində səfərdə Macarıstanla qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30