8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Qarabağ"la matça yaxşı köklənmişik"

"Sumqayıt"la matçda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bəxt amili də həmin qarşılaşmada bizdən üz döndərdi. Amma artıq həmin oyunu unutmuşuq. Diqqətimizi növbəti oyuna - "Qarabağ"la görüşə yönəlmişik. Kollektivdə yüksək əhval-ruhiyyə hökm sürür. Komanda olaraq sözügedən qarşılaşmaya yaxşı kökləndiyimizi deyə bilərəm". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin gənc müdafiəçisi Ürfan Abbasov Premyer Liqanın IV turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri matç öncəsi səsləndirib.

Klubun rəsmi saytına verdiyi açıqlamada rəqib haqda fikirlərini bölüşən Abbasov Ağdam təmsilçisinin güclü olduğunu, amma komandasının rəqibdən çəkinmədiyini bildirib. O, meydançaya qələbə üçün çıxacaqlarını vurğulayıb: "Qarabağ" cari mövsümdə həm ölkə çempionatı, həm də Avroliqada nümayiş etdirdiyi oyunla nəyə qadir olduğunu göstərir. Dünən baş tutan "Qarabağ"-"Ayntraxt" Frankfurt matçını birlikdə izlədik. "Qarabağ" layiqli mübarizə apardı. Fərqlənmək imkanları da oldu. Heyf ki, bu şanslardan yararlana bilmədilər. 2 gün sonra isə Ağdam təmsilçisinin Qəbələ səfəri var. Çox güclü komandaya qarşı oynayacağıq. Amma biz də zəif kollektiv deyilik. Çətin və maraqlı görüş gözlənilir. Bu matçda yalnız 3 xal hədəfləyirik. İnanıram ki, doğma meydança və azarkeş amilindən yararlanaraq istəyimizə nail olacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30