9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

Monçi “Qarabağ”la oyundan danışdı: "Sevilya" daha güclüdür, amma...”

"Sevilya"nın idman direktoru Monçi Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"la oyun öncəsi fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, "Roma"da çalışdığı zaman Ağdam klubuna qarşı Çempionlar Liqasının qrupunda keçirdikləri matçları yada salıb:

"Roma"da olarkən Bakıda 2:1 hesablı qələbə qazanmışdıq, amma çox əziyyət çəkmişdik. Romada 1:0 hesabı ilə qalib gəldiyimiz matçda da çətinlik yaşamışdıq. Onlar tnınmayan bir çempionatda iştirak edirlər, amma futbolçularını təhlil etsəniz, sizə həyatı necə çətinləşdirdiklərini görərsiniz. Əlbəttə, "Sevilya" daha güclüdür, amma bu, heç nə demək deyil".

Monçi uğurlu başlanğıcın önəmli olduğunu vurğulayıb: "Böyük klublar arxayınlaşdıqda və kiçik komandalar yaxşı motivasiya olunduqda güclər bərabərləşir. Ümid edirik ki, arxayınlaşmayacağı və son oyunlardakı çıxışımızı davam etdirəcəyik".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:55-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30