9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Tərlan Əhmədov: “İlk dəqiqələrdən komanda “yatmışdı”

"Rəqibi təbrik edirəm. Gözləmirdim ki, belə pis başlayarıq. İlk dəqiqələrdən komanda “yatmışdı”. İki qoldan sonra oyunu ələ ala bildik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 4-cü turunda evdə "Səbail"ə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

- Hər halda, ikinci hissədə hücumlar qurduq, ancaq qollar vura bilmədik. Bəlkə də, iki qələbədən sonra arxayınlıq yaranmışdı. Keçən keçib. Epizodlarımız oldu, bu gün bizim günümüz deyilmiş. İrəli baxmaq lazımdı. Növbəti oyuna hazırlaşacağıq.

- Birinci qolun təkrarına baxmısız?

- Xeyr.

- Oyundankənar vəziyyət var idi...

- Oxşayırdı. Ancaq heç nəyi geri qaytara bilmərik. İlk iki turda iki futbolçu itirmişdik, ancaq Hakimlər Komitəsinin sədri səhvlər olduğunu demişdi. Olan oldu. İrəli baxmalıyıq.

- Dediniz ki, ilk hissədə komanda "yatmışdı". Onları oyatmaq üçün hansı "iynədən" istifadə etdiniz?

- Yeni komandayıq. 4 turun hamısında ilk hissələri yaxşı keçirməmişik. Bilmirəm, nə ilə əlaqədardı. Bəlkə də, ehtiyatlı davranırlar. Sadəcə, motivasiya etdik. Komanda uduzursa, nəsə deyirsən ki, onlara toxunsun. Futbol aqressiyasız mümkün deyil. Rəqibi belə oyuna görə təbrik edirəm. Biz də hər matçda belə oynamalıyıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30