8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Bordin: “Komandamda istək çatmadı”

“İstədiyimiz oyun alınmadı. Çünki futbolçular istədiyimiz ritmdə çıxış etmədilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ”a uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis daha sonra bunları söyləyib:

- Müdafiədə yaxşı oynadığımız zaman qol buraxdıq. Hesab 0:1 olarkən imkanlarımız oldu, istifadə edə bilmədik. 0:2-dən sonra artıq tamamilə irəli atıldıq, rəqib əks-hücumlara imkan qazandı. Hətta bundan sonra da qol şanslarımız oldu. “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə ərzində yüksək tempdə oynamaq lazımdır. Komandamız hər dəfə qol buraxandan sonra yaxşı oynamağa başlayır. Bunun da səbəbini bilmirəm.

- Komandanızın hər künc zərbəsi zamanı Beqoviç topu rahatlıqla götürürdü. Alternativ variantınız yox idi?

- Biz də hava toplarını rəqib qapıçısına vermək istəməzdik. Başla zərbələrimiz də oldu.

- Siz də daxil olmaqla, “Qarabağ”ın ilk 4 turda məğlub etdiyi bütün komandalar bu komandanın gücünü qabardır. Sizinlə 2-3 ilin komandaları arasında fərq yoxdur?

- Bunu demək normaldır. Çünki “Qarabağ”ın gücünü bilirik. Həm büdcə, həm də statistika baxımından güclüdülər.

- Düşünmürsünüz ki, “Neftçi”dəki uğursuzluq karyeranıza zərbədir və radikal addımlar atmalısınız?

- Mənim məşqçilik və ya futbolçuluq karyeramı bilirsiniz? Mən peşəkaram, komandam qələbə də qazanar, məğlub da olar.

- Məğlubiyyətin konkret səbəbini demədiniz, “Qarabağ”ın gücündən danışdınız. Belə çıxır ki, “Neftçi”nin çempionatda hədəfi dəyişib?

- Keçənilki hədəf kimi, yenə çempionluğa oynayırıq. Ötən mövsüm bəzi xal itkilərinə görə çempionluq əldən getdi. Halbuki yaxşı mübarizə apardıq. Bu mövsüm bəzi xal itkiləri o demək deyil ki, hədəfimiz dəyişib. Bir ay əvvəlki vaxta qayıtsaq, “Arsenal”a qarşı ən yaxşı oyunumuzu göstərdik. Həmin komandanı, həmin gücü qaytarmağa çalışıram. Komandamda bu gün istək çatmadı.

- Düşünmürsünüz ki, 2 hücumçulu taktikaya tez keçdiniz?

- Deməzdim sırf 2 hücumçu ilə oynadıq. Dabo ilə Rauf tez-tez Miçeli bağlamağa çalışırdı. Hücum baxımından isə buna məcbur idim.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30