9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Şuker: "Bakıda bir pis oyunumuz olub"

"Seçmə mərhələdə hər oyun 3 xal qazanmaq baxımından vacibdir. Zaqrebdəki qarşılaşmada elə də yaxşı təsir bağışlamadığımız halda, qələbə qazanan tərəf olmuşduq. Bakıda bir pis oyunumuz olub. 2015-ci ildə 0:0 hesablı heç-heçə ilə nəticələnmiş görüş. Ümidvaram ki, sabah biz qalib olacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker AVRO-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

Əfsanəvi mütəxəssis Azərbaycana qarşı xoş münasibətindən söhbət açıb: "Müstəqilliyimizi qazandığımız 1992-ci ildən sonra çox yaxşı nəticələrimiz olub. Son olaraq, 2018-ci il dünya çempionatında ikinci yeri tutmuşuq. O qədər də böyük əhalimiz olmasa da, baş məşqçilərə yaxşı trend yaratmışıq. Həmçinin, çox şadıq ki, Robert Prosineçki burada çalışıb. O, çox gözəl insan və yaxşı baş məşqçidir. Bu, bizim üçün çox xoşdur. Özüm də Azərbaycanı çox sevirəm. Həm AFFA-da, həm də Azərbaycanın özündə çoxlu dostlarım var. Sabahkı oyundan bir qədər kənara çıxaraq bildirim ki, bu il Bakıda Avropa Liqasının final matçı keçirilmişdi. İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı görüşün təşkilatçılığı barədə bütün fikirlər müsbət olmuşdu. UEFA İcraiyyə Komitəsinin üzvü kimi ümidvaram ki, Avro-2020-nin Bakıda keçiriləcək 4 oyunu bundan da yaxşı təşkil olunacaq".

Şuker uğursuz nəticə təqdirində Zlatko Daliçi Niko Kovaç kimi istefa təhlükəsinin gözləyib-gözləmədiyi barədə sualı isə belə cavablandırıb: "Ümidvaram ki, sabahkı oyundan sonra baş məşqçimizi dəyişməyəcəyik. Hazırda qrupdakı vəziyyətimiz çox yaxşıdır. Çox gözəl oynayırıq. İnanıram ki, Avro-2020-yə Zlatko Daliçlə birgə yollanacağıq".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq (“Report”).

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30